Bərdədə oğurlanan maşın YPX avtomobili ilə toqquşub

Bərdədə oğurlanan maşın YPX avtomobili ilə toqquşub Maşını oğurlayan şəxs tutularaq istintaqa təhvil verilib
Hadisə
15 Sentyabr , 2016 08:27
Bərdədə oğurlanan maşın YPX avtomobili ilə toqquşub

Bərdə. 15 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda avtomobil oğurluğu hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, yerli sakin Namiq Məmmədov ona məxsus "VAZ 2107" markalı avtomobilin oğurlanması barədə polisə məlumat verib.

Rayon Polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırılan avtomobilin yeri müəyyən edilib. Rayonun Heydər Əliyev prospektində avtomobil ilə hərəkətdə olan sürücü polisin "saxla!" əmrinə tabe olmayıb və qaçmaq istərkən Sənaye küçəsində Yol Patrul Xidmətinin BMW markalı maşınlarından birinə çırpılaraq dayanıb.

Qəza zamanı hər iki avtomobilə ziyan dəyib. Maşını oğurlayan şəxs tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi