Bərdədə nəvəsini xəstəxanaya gətirən qadın ölüb - YENİLƏNİB

Bərdədə nəvəsini xəstəxanaya gətirən qadın ölüb - YENİLƏNİB ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
14 Mart , 2016 13:56
Bərdədə nəvəsini xəstəxanaya gətirən qadın ölüb - YENİLƏNİB

Bakı. 14 mart. REPORT.AZ/ Bərdə rayonunda nəvəsini Uşaq Xəstəxanasına gətirən qadın dünyasını dəyişib. Xəstəxanadan "Report"a verilən məlumata görə, rayon sakini 60 yaşlı Sədaqət Əhmədovanın  qəfildən vəziyyəti pisləşib. Uşaq xəstəxanasının həkimləri müdaxilə etsələr də qadının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin (SN) Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (TEPAB) Bərdə rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın ilkin rəyinə görə, S.Əhmədova uzun müddətdir ki, ürək-damar  xəstəliyindən əziyyət çəkib və bu gün ürək tutmasından dünyasını dəyişib. Bərdə Rayon Prokurorluğunun və Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları hadisə yerinə baxış keçirib. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi