Bərdədə naməlum kişi meyiti tapılıb

Bərdədə naməlum kişi meyiti tapılıb ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
22 Avqust , 2016 12:06
Bərdədə naməlum kişi meyiti tapılıb

Bərdə. 22 avqust. REPORT.AZ/ Bərdə rayonunda naməlum kişi meyiti tapılıb. "Report"un Qarabağ bürosunun məlumatına görə, meyit Tərtər çayı üzərində yerləşən körpünün altında aşkar olunub. 
Hadisə şahidləri dərhal Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər. 
Bərdə RPŞ-nin əməkdaşları hadisə yerinə baxış keçirib və meyit təcili tibbi yardım maşını ilə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə  Rayon Şöbəsinə aparılıb. 
Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi