​Bərdədə məcburi köçkünün yaşadıgı ev yanıb - FOTO

​Bərdədə məcburi köçkünün yaşadıgı ev yanıb - FOTO Yanğın zamanı xəsarət alan olmayıb
Hadisə
12 May , 2016 20:27
​Bərdədə məcburi köçkünün yaşadıgı ev yanıb - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Bərdə rayonunda yanğın hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə rayonun "Sənaye" küçəsində, məcburi köçkünlərin yaşadığı binada qeydə alinib.

Belə ki, Laçın rayonundan olan məcburi köçkün Gülsüm Məmmədovaya məxsus ev yanıb. Hadisəyə elektrik naqillərində qisaqapanmanın səbəb olduğu göstərilir.

Xoşbəxtlikdən yanğın zamanı evdə heç kim olmayib.

Yanğın FHN-in Bərdə rayon şöbəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi