Bərdədə maşın su kanalına düşüb 3 nəfər boğularaq ölüb

Bərdədə maşın su kanalına düşüb 3 nəfər boğularaq ölüb Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
1 Avqust , 2016 13:05
Bərdədə maşın su kanalına düşüb 3 nəfər boğularaq ölüb

Bərdə. 1 avqust. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Nazırlı kəndi ərazisində baş verib. 
Belə ki, həmin kəndin sakini Yəhya Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobil su kanalına aşıb. 

Nəticədə, sürücü və onun sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğularaq ölüblər. Meyitlər kanaldan çıxarılaraq adiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi