Bərdədə maşın piyadanı vuraraq öldürüb

Bərdədə maşın piyadanı vuraraq öldürüb Qəzanı "Moskviç" markalı avtomobil törədib
Hadisə
27 Avqust , 2016 23:55
Bərdədə maşın piyadanı vuraraq öldürüb

Bərdə. 27 avqust. REPORT.AZ/ Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Bərdə yolunda, Bərdənin Gərənə kəndi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı kişini "Moskviç" markalı minik avtomobili vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən kişinin şəxsiyyəti, hələ ki, məlum deyil.

Faktla bağlı yol polisi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi