Bərdədə mağaza qarət olunub - FOTO

Bərdədə mağaza qarət olunub - FOTO Sahibkara 4 min manata yaxın ziyan dəyib
Hadisə
21 Avqust , 2016 12:46
Bərdədə mağaza qarət olunub - FOTO

Bərdə. 21 avqust. REPORT.AZ/ Bərdə rayonunun Alpout kəndində oğurluq hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu məlumat verir ki, hadisə Camal Zeynalova məxsus mağazada qeydə alınıb.

Naməlum şəxs və ya şəxslər gəcə saatlarında mağazanın pəncərəsini açaraq içəri daxil olublar. Oğurluq nəricəsində sahibkara 4 min manata yaxın ziyan dəyib. Dükandan 1500 manata qədər nəğd pul, 2000 manatadək siqaret aparılıb. Bundan əlavə, canilər iz itirmək üçün təhlükəsizlik kamerasının yaddaş diskini də götürüblər.

Hazırda rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi