Bərdədə itən məktəbli tapılıb

Bərdədə itən məktəbli tapılıb Polis onu tapıb gətirən şəxsi axtarır
Hadisə
28 Oktyabr , 2015 12:15
Bərdədə itən məktəbli tapılıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bərdə şəhərində itkin düşən azyaşlı tapılıb. "Report"un məlumatına görə, 7 yaşlı oğlan doğmalarının və polisin intensiv axtarışlarının nəticəsində bu gün üzə çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, naməlum şəxs uşağı avtomobillə gətirərək evin qarşısında düşürüb. Hazırda polis həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, ötən gün günorta saatlarında 7 yaşlı Xəlilzadə Elsevər Təbriz oğlu təhsil aldığı Bərdə şəhəri 3 saylı məktəbdən çıxıb və evə qayıtmayıb.

Son xəbərlər

Orphus sistemi