Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıb

Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
25 Oktyabr , 2016 11:39
Bərdədə iki qardaş həmyerlisinin qızıl əşyalarını oğurlayıb

Bərdə. 25 oktyabr. REPORT.AZ/ Bərdə rayonunda oğurluq hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə oktyabrın 24-də Bərdə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən şəhər sakini Sandıx Ələkbərovanın evindən qızıl əşyaları oğurlanıb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Ülvi və onun qardaşı Babək İsmayılovlar tutulub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi