​Bərdədə güclü yanğın nəticəsində bir nəfər xəsarət alıb

​Bərdədə güclü yanğın nəticəsində bir nəfər xəsarət alıb Yerli sakinə məxsus ev yanaraq kül olub
Hadisə
27 Fevral , 2016 00:09
​Bərdədə güclü yanğın nəticəsində bir nəfər xəsarət alıb

Bakı. 27 fevral. REPORT.AZ/ Bərdə rayonunun Nazirli kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, Səmayə Məmmədovaya məxsus evin yanmasına ilkin olaraq elektrik naqillərində baş verən qısa qapanma səbəb kimi göstərilib.

Yanğın zamanı bir nəfər - evin gəlini yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yanğın güclü olduğundan evdən heç nə çıxartmaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi