​Bərdədə azyaşlını avtomobil vurub

​Bərdədə azyaşlını avtomobil vurub Onun vəziyyəti ağır qiymətləndirilir
Hadisə
25 Sentyabr , 2015 19:42
​Bərdədə azyaşlını avtomobil vurub

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "VAZ" markalı maşın şəhərin H.Əliyev prospektində yolu keçmək istəyən azyaşlını vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya aparılıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağırdır. Zərərçəkənin şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı Bərdə rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi