Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb Sürücü vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb
Hadisə
8 May , 2016 03:26
Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bakı. 8 may. REPORT.AZ/ Bərdə rayonu, Piyadalar kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. 

"Report" Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın zamanı sürücü yanıq xəsarəti alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb. 

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın saat 02:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi