Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb Yanğını söndürmək istəyən sürücü İlham Məmmədov xəsarət alıb
Hadisə
20 Dekabr , 2015 17:40
Bərdədə avtomobil yanıb, sürücü xəsarət alıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Bərdə rayonunda minik avtomobili yanaraq külə dönüb. "Report"un məlumatına görə, hadisə rayonun Əyricə kəndində baş verib. 

Belə ki, "VAZ-2106" markalı avtomobilin mühərrik hissəsində baş verən yanğın qısa vaxtda güclənib. Nəticədə avtomobilin salon hissəsi də yanıb. Hadisə yerinə iki yanğın söndürən maşın və canlı qüvvə cəlb edilib.

Yanğını söndürmək istəyən sürücü İlham Məmmədov xəsarət alıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi