Bərdədə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Bərdədə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.
Hadisə
13 Sentyabr , 2016 16:22
Bərdədə ağır yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

Bərdə. 13 sentyabr. REPORT.AZ/ Bərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Zümürxan kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə "Toyota Land Cruiser" markalı minik maşını toqquşub.

Qəza nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və iki qadın sərnişini ağır dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi