Bakı. 18 avqust. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bərdə rayonunda azyaşlı uşaq yıxılaraq ağır bədən xəsarəti alıb. "Report"un məlumatına görə, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib. Hadisə rayonun Elçin Əsədov küçəsində qeydə alınıb. Belə ki, ikimərtəbəli evin ikinci mərtəbəsindən 2011-ci il təvəllüdlü Yusif İlqar oğlu Mustafayev yıxılıb. İlkin ehtimala görə, uşaq ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı 4 yaşlı uşaq ağır bədən xəsarəti alıb. Yaralı uşaq travmatalogiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Bərdədə 4 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb
Hadisə
18 Avqust , 2015
18:21
https://static.report.az/photo/567eec05-fadd-4956-b383-9a831dcd1935.jpg