​Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb

​Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır
Hadisə
5 Avqust , 2015 10:25
​Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, rayon sakini 28 yaşlı Eyvaz Əhmədov kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən bıçaq yarası alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunduqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi