Bakı. 5 avqust. REPORT.AZ/ Bərdə rayon sakini göldə batıb.
"Report"un məlumatına görə, hadisə rayonun Dilənçilər kəndində baş verib. 26 yaşlı Elgiz Məmmədov kənd ərazisində yerləşən göldə çimən zaman boğulub. Onun meyitini kənd sakinləri sudan çıxarıb.