​Bərbərxanada silah ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub

​Bərbərxanada silah ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub Hadisə Rusiyanın Smolensk vilayətində baş verib
Hadisə
27 İyul , 2016 08:26
​Bərbərxanada silah ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı tutulub

Bakı. 27 iyul. REPORT.AZ/ Rusiyanın Smolensk vilayətində silah ticarəti ilə məşğul olan Azərbaycan vətəndaşı həbs olunub.

"Report" "smolgazeta" nəşrinə istinadən xəbər verir ki, azərbaycanlı və yerli sakin qrup şəklində qanunsuz silah satışı və qəsdən saxta sənəddən istifadə etməkdə ittiham olunurlar.

Smolensk vilayət prokurorunun müavini onlara qarşı qaldırılan cinayət işi üzrə ittiham qərarını təsdiq edib.

İttiham qərarına görə, şəhər gözəllik salonlarından birində bərbər işləyən azərbaycanlı, naməlum şəxsdən "Beretta" tipli tapança və onun patronlarını alıb. O, silahı əvvəlcə öz qarajında, daha sonra ortağının qarajında gizlədib. Onlar birlikdə sözügedən tapançanı güllələri ilə yanaşı 50 min rubla Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin əməkdaşına satıblar.

"Bundan əlavə, əcnəbi vətəndaş siqnal tapança və patronların hissə və mexanizmlərindən istifadə olunaraq hazırlanmış iki əldəqayırma tapança əldə edib. O, həmin silahları Kaluj vilayəti sakininə 47 min rubla satıb. Cani daha sonra "Naqan" sistemli tapança alıb, həmçinin iş yerində ikən 37 ölçülü patronlar əldə edib və orada saxlayıb. Sonradan həmin silahı 25 min rubla satıb", - deyə Smolensk vilayəti prokurorunun böyük köməkçisi Aleksandr Borovikov bildirib.

Həmyerlimiz, həmçinin bir neçə tapança və 53 patron alıb və satıb. O, sonuncu əməlindən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Smolensk vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun yaşadığı ünvanda aparılan axtarış nəticəsində bir ədəd PM tapançası və 8 patronu, qarajda isə Polşa istehsalı olan "Kalaşnikov" avtomatı, həmçinin atış üçün yararlı olmayan, lakin odlu silahların əsas hissəsinə aid olan "Skorpion" modelli tapança-pulemyot, eləcə də 90 tapança patronu aşkar edilərək götürülüb.

Eyni zamanda, Azərbaycan vətəndaşı Smolensk vilayəti ərazisində saxta Rusiya Federasiyası pasportundan istifadə edib.

Aleksandr Borovikovun sözlərinə görə, cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi