Bakı. 14 may. REPORT.AZ/ Oğurluqda təqsirləndirilən Elgün Fariz oğlu Əhmədovun barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, E.Əhmədov oğurluq etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi E.Əhmədov barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.