​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb

​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb Proses vəkilin məhkəmədə iştirak etmədiyi üçün avqustun 5-nə qədər təxirə salınıb
Hadisə
5 İyul , 2016 11:17
​Bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxsin məhkəməsi təxirə salınıb

Bakı. 5 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəməsi təxirə salınıb.

"Report"un məlumatına görə, proses vəkilin məhkəmədə iştirak etmədiyi üçün avqustun 5-nə qədər təxirə salınıb.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi