Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəməsi təxirə salınıb

Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəməsi təxirə salınıb Məhkəmənin prosesi oktyabrın 6-da davam etdiriləcək
Hadisə
22 Sentyabr , 2016 14:14
Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsin məhkəməsi təxirə salınıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı iştirak etməyib.  

Məhkəmənin prosesi oktyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, qətl ötən ilin iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi