BDU-nun baş müəllimi vəfat edib

BDU-nun baş müəllimi vəfat edib O, 30 məqalənin, 1 metodik vəsaitin müəllifi, 2 proqramın tərtibatçısı olub
Hadisə
2 Sentyabr , 2016 09:55
BDU-nun baş müəllimi vəfat edib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı dünyasını dəyişib.

“Report”un xəbərinə görə, BDU-nun Politologiya və sosiologiya kafedrasının baş müəllimi Rəhilə Bədəlova vəfat edib.

Qeyd edək ki, R.Bədəlova 9 sentyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə ADU-nun Filologiya fakültəsinə daxil olub, 1974-cü ildə oranı bitirib. 1974-cü ildə Şamaxı rayonu Ərəbşalbaş kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində işləyib. 1975-ci ildə BDU-nun Elmi kommunizm kafedrasında laborant vəzifəsində, daha sonra baş laborant və kabinet müdiri vəzifələrində çalışıb. 1986-cı ildə fəlsəfə elmləri namizədi, alimlik dərəcəsi alıb.

1995-ci ildən BDU-nin Politologiya və sosiologiya kafedrasında müəllim vəzifəsində çalışıb və həmin kafedranın dosenti olub. 30 məqalənin, 1 metodik vəsaitin müəllifi, 2 proqramın tərtibatçısı olub.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi