​Başqırdıstandan 19 Azərbaycan vətəndaşı deportasiya edilib

​Başqırdıstandan 19 Azərbaycan vətəndaşı deportasiya edilib İlin əvvəlindən 256 miqrant respublikadan xaric edilib
Hadisə
4 İyul , 2016 23:09
​Başqırdıstandan 19 Azərbaycan vətəndaşı deportasiya edilib

Bakı. 4 iyul. REPORT.AZ/ Cari ilin əvvəlindən Rusiyanın Məhkəmə Pristavları Federal Xidmətinin Başqırdıstan üzrə İdarəsinin əməkdaşları ölkədə qalma rejimini pozduqlarına görə 256 miqrantı federasiya ərazisindən xaric ediblər.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, ölkədən 149 Özbəkistan, 45 Tacikistan və 19 Azərbaycan vətəndaşı xaric edilib. Respublikadan çıxarılanlar arasında Qırğızıstan, Türkiyə, Vyetnam və digər dövlətlərin vətəndaşları da var.

Son xəbərlər

Orphus sistemi