​Baş Prokurorluq: Tovuz sakinini zorlamaqda təqsirləndirilən şəxslər həbs olunub

​Baş Prokurorluq: Tovuz sakinini zorlamaqda təqsirləndirilən şəxslər həbs olunub Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
3 Aprel , 2015 13:27
​Baş Prokurorluq: Tovuz sakinini zorlamaqda təqsirləndirilən şəxslər həbs olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Baş Prokurorluğun mətbuat xidməti bəzi KİV-lərdə Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı Tovuz rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a bildirib ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci, Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

“Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir”, - E.Sultanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi