Prokurorluq: Bakıda özünü yandıran qadın əvvəllər Psixiatriya Xəstəxanasında müalicə alıb

Prokurorluq: Bakıda özünü yandıran qadın əvvəllər Psixiatriya Xəstəxanasında müalicə alıb Faktla bağlı cinayət işi açılıb
Hadisə
14 Avqust , 2015 18:02
Prokurorluq: Bakıda özünü yandıran qadın əvvəllər Psixiatriya Xəstəxanasında müalicə alıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu Bakıda baş verən intihar hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Prokurorluğun mətbuat xidmətindən “Report”a bildirilib ki, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi