Bakıda ana və oğlun qətlə ​yetirilməsinin təfərrüatları açıqlanıb

Bakıda ana və oğlun qətlə ​yetirilməsinin təfərrüatları açıqlanıb Qətli törədən Ruhin Allahverdiyev həbs olunub
Hadisə
29 Yanvar , 2016 12:07
Bakıda ana və oğlun qətlə ​yetirilməsinin təfərrüatları açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda ana və oğlunu qətlə yetirən şəxs həbs olunub. 

"Report" xəbər verir ki, bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu birgə məlumat yayıb.

Məlumata görə, prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində naməlum şəraitdə törədilən qətlin üstü açılıb. 

Belə ki, yanvarın 19-da saat 03 radələrində 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdənöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 1977-ci il təvəllüdlü Ruhin Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. 

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib, onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb. 

İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi