Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Cəlilabadda əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Cəlilabadda əməliyyat keçirib Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
15 Aprel , 2015 15:37
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Cəlilabadda əməliyyat keçirib

Bakı. 15 aprel. REPORT.AZ/ Cəlilabad rayon sakini Hacıağa Ağayev Elnur Abdullazadənin adına həmin rayonun Soltankənd orta məktəbinin məzunu olması barədə saxta attestat hazırlayıb satdığı üçün saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

H.Ağayevin saxlanılması Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində baş tutub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi