Baş direktor: "İmişlidə zəlzələnin episentrinin dərində olması güclü dağıntının qarşısını aldı"

Baş direktor: "İmişlidə zəlzələnin episentrinin dərində olması güclü dağıntının qarşısını aldı" "İmişlidə baş verən zəlzələnin Kür uzunu və Qəbələ-İmişli dərinlik qırılmaları nəticəsində yaranıb"
Hadisə
2 Avqust , 2016 12:44
Baş direktor: İmişlidə zəlzələnin episentrinin dərində olması güclü dağıntının qarşısını aldı

Bakı. 2 avqust. REPORT.AZ/ "Avqustun 1-də İmişlidə baş verən zəlzələ güclü zəlzələ idi, sadəcə onun episentrinin dərində olması güclü dağıntının qarşısını aldı".

"Report" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqustun 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələ nə qədər dərində olsa, onun hiss edilmə arealı daha geniş olur: "Dünən baş verən zəlzələ də bir neçə ətraf rayonlarda 4 bal gücündə hiss olundu. Zəlzələdən sonra isə bir neçə afterşok qeydə alınıb".

Baş direktor zəlzələnin səbəbləri barədə danışarkən vurğulayıb ki, İmişlidə baş verən zəlzələnin Kür uzunu və Qəbələ-İmişli dərinlik qırılmaları nəticəsində yaranıb.

Qeyd edək ki, dünən İmişli rayonunda iki zəlzələ baş verib. Zəlzələnin maqnitudası 5.6, dərinliyi 28 km, ikinci zəlzələnin maqnitudası 3.9, dərinliyi 22 km olub.

Son xəbərlər

Orphus sistemi