Lizinq şirkəti “Bank Technique”i məhkəməyə verib

Lizinq şirkəti “Bank Technique”i məhkəməyə verib İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
4 Sentyabr , 2015 15:57
Lizinq şirkəti “Bank Technique”i məhkəməyə verib

Bakı. 4 sentyabr. REPORT.AZ/ “Azevrolizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) “Bank Technique” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, MMC kredit müqaviləsinin şərtlərinin qanunsuz hesab edilməsini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azevrolizinq” 2014-cü ildə Vergilər Nazirliyində qeydiyyatdan keçib. “Bank Technique” isə 1994-cü ildə “Rəşadbank” adı altında fəaliyyətə başlayıb, 4 il sonra “Texnika Bank”, 2012-ci ildən isə “Bank Technique” adlandırılıb.

Son xəbərlər

Orphus sistemi