​“Bank Technique”ə qarşı 326 min manatlıq məhkəmə iddiası qaldırılıb

​“Bank Technique”ə qarşı 326 min manatlıq məhkəmə iddiası qaldırılıb 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qismən təmin edilib
Hadisə
24 Oktyabr , 2015 16:30
​“Bank Technique”ə qarşı 326 min manatlıq məhkəmə iddiası qaldırılıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu (SKMF) “Bank Technique” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

“Report”un məlumatına görə, SKMF sahibkarlıq subyektlərinin investiya layihələrinin maliyyələşdirilməsi məqsədilə “Bank Technique” ASC-yə ayrılmış güzəştli kreditlər üzrə bank tərəfindən Fonda olan öhdəliklərinin gecikdirilməsi nəticəsində yaranmış 326 min 627 manat cərimə borcunun (dəbbə pulu) cavabdehdən iddiaçının xeyrinə tutulması barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qismən təmin edilib.

Qərarla razılaşmayan Sahibkarlığa Kömək Milli Fondu apellyasiya şikayəti verib. İddiaya Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi