“Bank Standard” üç şirkəti məhkəməyə verib

“Bank Standard” üç şirkəti məhkəməyə verib İddiaya Səbail Rayon Məhkəməsində baxılır
Hadisə
13 Oktyabr , 2015 12:25
“Bank Standard” üç şirkəti məhkəməyə verib

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Bank Standard” Kommersiya Bankı (KB) “Riyad Farm” MMC, “Bərəkət-1” MMC və “Flaminqo S” MMC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, bank hər üç şirkət qarşısında kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi barədə iddia qaldırıb.

İddiaya Səbail Rayon Məhkəməsində baxılır.

“Bank Standart” KB-dən “Report”a fakt təsdiqlənib. Lakin iddia olunan vəsaitin məbləği açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi