​Balakəndə yerli sakindən odlu silah gülləsi və narkotik vasitə götürülüb - FOTO

​Balakəndə yerli sakindən odlu silah gülləsi və narkotik vasitə götürülüb - FOTO Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib
Hadisə
4 Aprel , 2016 23:04
​Balakəndə yerli sakindən odlu silah gülləsi və narkotik vasitə götürülüb - FOTO

Bakı. 5 aprel. REPORT.AZ/ Balakəndə rayon sakininin evindən odlu silah gülləsi və narkotik vasitə götürülüb.

"Report" xəbər verir ki, Balakən rayon Polis şöbəsinə daxil olmuş məlumat əsasında rayonun 31 yaşlı Püştətala kənd sakini Məmməd Emçiyevin yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Nəticədə onun yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində aqrotexniki qaydada əkilən və xüsusi qulluq olunmuş ümumilikdə 487 ədəd narkotik bitki sayılan çətənə kolları bitkisinin ştilləri, yaşadığı evdən isə 2 kq. 715 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və TOZ-8 odlu silahının 46 ədəd gülləsi aşkar edilərək götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib. M. Emçiyev tutularaq istintaqa təhvil edilib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi