Balakəndə yanğın baş verib, ata və övladı yanıq xəsarətləri alıb

Balakəndə yanğın baş verib, ata və övladı yanıq xəsarətləri alıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
12 Sentyabr , 2015 10:25
Balakəndə yanğın baş verib, ata və övladı yanıq xəsarətləri alıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Balakən rayonu, Gərəkli kəndində yaşayış evi yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli, 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı ev sahibi və onun azyaşlı övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi