​Balakəndə vətəndaşa məxsus tikilidə yanğın olub

​Balakəndə vətəndaşa məxsus tikilidə yanğın olub Yanğın Kortalar kəndində baş verib
Hadisə
15 May , 2015 08:02
​Balakəndə vətəndaşa məxsus tikilidə yanğın olub

Bakı. 15 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Balakən rayonunun Kortalar kəndində yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş taxta konstruksiyadan ibarət hamamın yanar konstruksiyaları yanıb.

Yanğından yaxınlıqdakı digər tikililər mühafizə olunub. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi