Balakəndə qaraj və avtomobil yanıb

Balakəndə qaraj və avtomobil yanıb Əraziyə yanğınsöndürənlər gəlib
Hadisə
1 Fevral , 2016 08:46
Balakəndə qaraj və avtomobil yanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Balakən rayonu, Qaysa kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan qarajin dam örtüyü və içərisində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Qaraja bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 00:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi