Balakən rayonunda yanğın baş verib

Balakən rayonunda yanğın baş verib Hadisə Püştətala kəndində qeydə alınıb
Hadisə
20 Aprel , 2015 02:44
Balakən rayonunda yanğın baş verib

Bakı. 20 aprel. REPORT.AZ/ Balakən rayonunda yanğın baş verib.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Püştətala kəndində vətəndaşa məxsus ümumi sahəsi 336 kv.m olan ikimərtəbəli, 6 otaqlı evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 168 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi