Bakının Nizami rayonundakı yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Nizami rayonundakı yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB Hazırda yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
27 Oktyabr , 2014 13:08
Bakının Nizami rayonundakı yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunun Ordubadi küçəsində yataqxana binasında baş verən yanğın atrıq söndürülüb. Bu barədə "Report"a Nizami Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun geniş miqyas almasına imkan verməyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

ilk xəbər saat 12.25-də yayımlanıb


Bakı. 27 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda yataqxana yanır. Bu barədə "Report"a hadisə şahidləri məlumat verib. Rayonun Ordubadi küçəsində yerləşən yataqxanada bu dəqiqələrdə yanğın başlayıb.

Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.

Hazırda yanğının qarşısını almaq üçün işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi