Bakının məşhur küçəsindəki mağazadan oğurluq edilib

Bakının məşhur küçəsindəki mağazadan oğurluq edilib Oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini tutulub
Hadisə
15 Sentyabr , 2014 11:24
Bakının məşhur küçəsindəki mağazadan oğurluq edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/  Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Report-a daxil olan məlumata görə, hadisə "Torqovı" kimi tanınan məşhur Nizami küçəsində yerləşən geyim dükanında baş verib. Hadisə zamanı obyektin sahibi Yekaterina Aleksandrovnanın 450 manat pulu naməlum şəxs tərəfindən oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində, oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini Şəhruz Xəlilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi