Bakının mərkəzində 3 kişi qadına hücum edib

Bakının mərkəzində 3 kişi qadına hücum edib Hadisə zamanı xanıma məxsus mobil telefon cinayətkarlar tərəfindən ələ keçirilib
Hadisə
15 Sentyabr , 2014 14:54
Bakının mərkəzində 3 kişi qadına hücum edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edilib. Report-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 3 nəfər naməlum şəxs Aydan Sadıqlıya hücum edərək onun mobil telefonunu əlindən alıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydan Sadıqlıya məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Şirvan şəhər sakinləri Əlican Heybətov, Kənan Şahgəldiyev və Kürdəmir rayon sakini Əlövsət Əmirov tutulub.

Faktla bağlı araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi