Bakıdakı qadın həbsxanasında məhkumlara konsert verilib

Bakıdakı qadın həbsxanasında məhkumlara konsert verilib Tədbir Milli Musiqi Gününə həsr olunub
Hadisə
19 Sentyabr , 2014 10:04
Bakıdakı qadın həbsxanasında məhkumlara konsert verilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirilib. Bu barədə “Report”a PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ombudsman Aparatının, Səbail rayon İcra Hakimiyyətinin və PX-nin birgə təşkil etdiyi tədbir Milli Musiqi Gününə həsr olunub. Bayram konsertində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər. Məhkum qadınların görüşünə gələn müğənni Rəqsanə İsmayılova onların qarşısında konsert proqramı ilə çıxış edib. Sonda məhkumlar üçün bayram süfrəsi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi