Bakıdakı məşhur restoranda kütləvi dava baş verib, əraziyə çağırılan polislər xəsarət alıb

Bakıdakı məşhur restoranda kütləvi dava baş verib, əraziyə çağırılan polislər xəsarət alıb Polis əməkdaşlarına da xəsarətlər yetirən şəxslərin axtarışlarını davam etdirilir
Hadisə
3 Sentyabr , 2014 10:20
Bakıdakı məşhur restoranda kütləvi dava baş verib, əraziyə çağırılan polislər xəsarət alıb
Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yerləşən "Oazis" restoranında kütləvi dava baş verib. Binəqədi rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, hadisə restoranın mühafizəçiləri ilə bura gələn qonaqlar arasında olub.

Dava zamanı restoranın 3 əməkdaşı qonaqlar tərəfindən döyülüb. Döyülən şəxslər xəstəxanaya yerləşdirilib.

Restoranda qarışıqlıq salan müştərilər onları sakitləşdirməyə çalışan polis əməkdaşlarına da xəsarətlər yetirəndən sonra ərazidən uzaqlaşıblar.

Hadisə şahidlərinin sözlərinə görə mübahisəyə səbəb bir masada əyləşən içkili vəziyyətdə olan təxminən 9 nəfərin digər qonaqlara qarşı kobud rəftar etməsi olub. Bundan sonra restoranın mühafİçələrı həmin şəxslərə xəbərdarlıq etsələr də, qarşı tərəf onlara məhəl qoymayıb.

Hadisə zamanı restorana da külli miqdarda maddi ziyan dəyib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma başlanıb.

Hazırda polislər restoranda davaya səbəb olan şəxslərin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi