Bakıdakı İstintaq Təcridxanasında nikah mərasimi keçirilib

Bakıdakı İstintaq Təcridxanasında nikah mərasimi keçirilib Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb
Hadisə
23 Sentyabr , 2014 12:29
Bakıdakı İstintaq Təcridxanasında nikah mərasimi keçirilib
Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıdakı istintaq təcridxanasında (İT) nikah mərasimi keçirilib. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, 3 saylı İT-də saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında PX-nin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi