Bakıda əcnəbi vətəndaşın səhlənkarlığı yanğına səbəb olub - FOTO

Bakıda əcnəbi vətəndaşın səhlənkarlığı yanğına səbəb olub - FOTO Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
29 Oktyabr , 2014 11:16
Bakıda əcnəbi vətəndaşın səhlənkarlığı yanğına səbəb olub - FOTO
Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda fərdi yaşayış evində yanğın olub. "Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına  istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 125 kv. m. olan 4 otaqlı evin 1 otağının taxtadan ibarət arakəsmə divarı 15 kv. m. sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Report"un əldə etdiyi xəbərə görə, yanğının baş verməsinə səbəb binanın tavanında yerləşən tüstü bacalarında yaranmış problem olub. Tüstü bacası uzun müddət təmizlənmədiyindən, sakinlər istilik sistemindən istifadə etməyib. Lakin binanın üçüncü mərtəbəsində kirayə yaşayan əcnəbi vətəndaşın istilik sistemindən düzgün istifadə etməməsi yanğına səbəb olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi