Bakıda televiziya aparıcısını bıçaqlayan şəxs saxlanılıb

Bakıda televiziya aparıcısını bıçaqlayan şəxs saxlanılıb Zərərçəkən hadisədən sonra ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb
Hadisə
23 Sentyabr , 2014 11:44
Bakıda televiziya aparıcısını bıçaqlayan şəxs saxlanılıb
Bakı. 23 sentyabr. REPORT.AZ/ Ötən gecə Bakının Yasamal rayonunda "Xəzər" televiziyasının aparıcısı Ağakərim Şəmidzadəyə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Şirinov Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Xatırladaq ki, hadisə sentyabrın 22-də saat 23 radələrində D.Bünyadzadə küçəsində baş verib. Həmin küçədə bıçaqlanan Ağakərim Şəmidzadə hadisədən sonra ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi