Bakıda sərnişin avtobusu qəza törədib, 5 nəfər yaralanıb - FOTO

Bakıda sərnişin avtobusu qəza törədib, 5 nəfər yaralanıb - FOTO Hadisə zamanı 5 sərnişin yaralanıb
Hadisə
18 Sentyabr , 2014 11:52
Bakıda sərnişin avtobusu qəza törədib, 5 nəfər yaralanıb - FOTO
Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı Dairəvi yolunda qəza baş verib. Hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, "Daewoo" markalı sərnişin avtobusu ilə "Man" markalı yük maşını toqquşub. Hadisə zamanı avtobusda olan 5 nəfər sərnişin xəsarət alıb. Onlar "Təcili yardım" maşını ilə xəstaxanaya aparılıb.

Qəzaya səbəb kimi yolun dar və hazırda Bakı şəhərində davam edən yağış nəticəsində sürüşkən olması göstərilir.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları qəzanın dəqiq baş vermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi