Bakıda quldurluqla məşğul olan dəstə tutulub

Bakıda quldurluqla məşğul olan dəstə tutulub Dəstənin tərkibində qadın da var
Hadisə
10 Oktyabr , 2014 11:17
Bakıda quldurluqla məşğul olan dəstə tutulub
Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, naməlum şəxslər Səngəçal qəsəbəsi ərazisində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək gediblər. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.

Faktla bağlı araşdırma aparılır.

İngilis versiyası Robbery gang arrested

Son xəbərlər

Orphus sistemi