Bakıda qohumunun evindən 30 min manat dəyərində qızıl əşyaları oğurlayan qadın saxlanılıb

Bakıda qohumunun evindən 30 min manat dəyərində qızıl əşyaları oğurlayan qadın saxlanılıb Saxlanılan şəxs oğurladığı qızılları polislərə təqdim edib
Hadisə
29 Sentyabr , 2014 15:30
Bakıda qohumunun evindən 30 min manat dəyərində qızıl əşyaları oğurlayan qadın saxlanılıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda Vüsalə Orucovaya məxsus mənzildən 30 min manat dəyərində qızıl əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Orucovanın mənzilindən qızıl əşyalar oğurlayan qohumu - Bakı şəhər sakini Günel Məmmədova tutulub. Saxlanılan şəxs oğurladığı qızılları polislərə təqdim edib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi