Bakıda polis iki nəfəri marketdən oğurluq edərkən tutub

Bakıda polis iki nəfəri marketdən oğurluq edərkən tutub Polis onları elə iş başındaca yaxalayıb
Hadisə
11 Sentyabr , 2014 18:22
Bakıda polis iki nəfəri marketdən oğurluq edərkən tutub
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluq edən iki nəfər saxlanılıb. Sabunçu rayon Mühafizə İdarəsindən (RMİ) Report-a verilən məlumata görə, əməliyyat zamanı Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakinləri Səxavət Seyidov və Nuran Kərimov tutulub. Belə ki, sentyabrın 11-də gecə saat 2.40 radələrində RMİ-yə Sabunçu rayonunun Ramana qəsəbəsinin Südçülük sovxozu ərazisində yerləşən Rasim Cəfərova məxsus "Kamran market" mağazasından "Həyəcan siqnalı" daxil olub. RMİ-nin əməkdaşları dərhal hadisə yerinə gedib və obyektin dam örtüyünü sındıraraq içəri daxil olan S.Seyidov və N.Kərimov yaxalanaraq Sabunçu Royon Polis İdarəsinə təhvil verilib.

Tutulan hər iki şəxsin Sabunçu rayonu ərazisində kirayədə yaşadığı məlum olub.

Faktla bağlı idarənin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi