Bakıda oğrular ev sahibini döyüb

Bakıda oğrular ev sahibini döyüb Hadisəni törədənlər əvvəllər məhkum olub
Hadisə
18 Sentyabr , 2014 14:31
Bakıda oğrular ev sahibini döyüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda mənzillərdən oğurluq edən iki nəfər saxlanılıb. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Yevlax rayon sakinləri Asim Məmmədov və Ramin Bəkirov tutulub. Saxlanılan şəxslər Binəqədi rayonu Sulutəpə qəsəbəsində vətəndaş Yusif Ağagülovun yaşadığı evə pəncərədən girərək mənzildən 1420 manat və 100 dollar götürməkdə təqsirli bilinirlər.

Hadisə zamanı oğrular səs-küyə gələn ev sahibi Y.Ağagülovla rastlaşdıqda yumruqla ona da xəsarət yetirdikdən sonra evi tərk ediblər.

Araşdırma zamanı hadisəni törədən A.Məmmədov və R.Bəkirovun əvvəllər məhkum olunduqları da məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi