Bakıda naməlum kişi meyiti tapılıb

Bakıda naməlum kişi meyiti tapılıb 50-55 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib
Hadisə
8 Sentyabr , 2014 15:17
Bakıda naməlum kişi meyiti tapılıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda naməlum kişi meyiti tapılıb. Report-un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, meyit paytaxtın Nizami rayonunun Elşən Süleymanov küçəsində aşkar edilib. Tapılan 50-55 yaşlı kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda polislər dünyasını dəyişən kişinin şəxsiyyətinin tapılması istiqamətində araşdırmalarını davam etdirirlər. Ölümün səbəbləri isə Nizami rayon Prokurorluğunda araşdırılır.

Son xəbərlər

Orphus sistemi